İdman

Təbriz futbolunda koronavirus böhranı davam edir

28 May 2020 19:21
Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən günlərdə İran Azərbaycanı və Təbrizin məşhur Traktor komandasının 4 futbolçusunun koronavirusa yoluxma xəbərindən sonra bu dəfə İran futbol super liqasında yarışan Təbrizin digər komandası Maşinsazi klubunun futbolçularında koronavirus aşkarlanıb.

Təbrizin Maşinsazi klubunun İctimaiyyətlə Əlaqələr Şəbəsi bu barədə məlumat yayıb. Komanda futbolçularından alınan testlər nəticəsində bu komandanın 6 futbolçusunun koronavirusa yoluxduğu məlum olub. Klubun həkimi Məsud Abbaszadə bildirib ki, testlərin sonucu səlahiyyətli laboratoriya tərəfindən təsdiqlənib və klub rəsmilərinə bildirib.

Komandanın 6 futbolçusunda koronavirusun aşkarlanma xəbəri təsdiqləndikdən sonra komandanın kapitanı Əziz Məbudi Varzesh3 portalına verdiyi müsahibədə deyib ki, "faciəni anlamaq üçün deməliyəm ki, bir həftə testləri almaqdan əvvəl komandanın bütün futbolçuları birlikdə idilər və əgər bu gün bir daha futbolçulardan test alınarsa şübhəsiz 16 futbolçunun virusa yoluxduğu ortaya çıxar."

Məbudi həmçinin deyib ki, "Almaniyanın İnfrastrukturu və imkanları bizdə yoxdur, orda liqanı başlatmaq üçün bir həftə öncədən futbolçuları və ailələrin karantinə alaraq testlər alırlar, daha sonra məşqlərə başlayırlar, amma bizdə o imkanlar yoxdur, mən komandanın 15 başqa futbolçusu ilə birlikdə bir hoteldə yaşayıram. Əgər virusa yoluxan 6 nəfərdən biri bizimlə yaşayırsa kəsin bizim hamımıza virus yoluxub."

Mayın 27-də Pars-Cənubi-Cəm adlı İranın futbol super liqasının başqa bir klubu bildiriş yayaraq futbolçularının 4-nün koronavirusa yoluxduğun bəyan edib. Daha öncə də Sepahan komandasında 2, Saipa komandasında 1 və Golgohər-Sircan komandasında 6 futbolçuda virusa yoluxma halı aşkarlanmışdı.

İranın super liqa klublarının futbolçularında yoluxma hallarının artmasına baxmayaraq İran idman rəsmiləri matçların başladılmasında israrlıdırlar. Bu barədə İranın İdman Tibb Federasiyasının sözçüsü mayın 27-də verdiyi müsahibədə liqanın ertələnməsi və ya ləğvi barədə heç bir qərarın olmadığını bildirib.

Mayın 24-də Traktor komandasının baş məşqçisi komandanın 4 futbolçusunda yoluxma halı aşkarlandıqdan sona bütün futbolçulardan bir daha test alınacağını bildirib, ancaq klubun rəsmiləri testlərin nəticəsini hələ açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.