İdman

Zidan "Yuventus"un baş məşqçisi ola bilər

19 Aprel 2020 18:15
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" futbol klubu İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edən fransalı Zinəddin Zidana komandanın baş məşqçisi vəzifəsini təklif etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın "Le10sport" portalı xəbər verib.

Portal bildirir ki, Turin klubunun rəhbərliyi Zidan və "Real Madrid"in prezidenti Florentino Perez arasında klubun inkişafı ilə bağlı yaşanan fikir ayrılıqlarından faydalanmağa çalışacaq.

"Yuventus"un nümayəndələrinin artıq fransalı məşqçi ilə əlaqə qurduğu məlumdur. 47 yaşlı Zidanın "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər tərtib edilib. Hazırda "Yuventus"a Maurisio Sarri rəhbərlik edir. Onun müqaviləsi 2021/2022 mövsümünün sonuna qədər davam edir.

Xatırladaq ki, Z.Zidanın rəhbərliyi altında "Real Madrid" ardıcıl olaraq üç dəfə Çempionlar Liqasını, İspaniya çempionluğunu, iki dəfə ölkə Super Kubokunu, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.