İdman

"Onlar ayaq basdığım torpağı öpməli idilər, amma əvəzində məni ittiham edirdilər”

18 Aprel 2020 13:19
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya yığmasının sabiq futbolçusu Marko Materatsi DÇ-2006-da Zinəddin Zidanla yaşanan insident barədə danışıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Marko həmin insidentdən sonra vətənində kəskin tənqid olunduğunu bildirib.

"Zidanı Fransada müdafiə etdilər. Məni isə həmvətənlərim kəskin tənqid edirdilər. Bunu heç cür anlaya bilmirdim. Onları əsl italyan adlandıra bilmərəm. Dünya çempionatından sonra onların tənqidləri məni ağır yaraladı. Həmin şəxslər final qarşılaşmasında hesabı necə bərabərləşdirdiyimi görmüşdülər. Onlar mənim ayaq basdığım torpağı öpməli idilər, amma əvəzində məni ittiham edirdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.