İdman

"Zlatanın 38 yaşı var, amma hələ də rəqiblərini qorxudur" - Çalhanoğlu

19 Yanvar 2020 19:28
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu komandaya yeni transfer olunan isveçli ulduz  Zlatan İbrahimoviçi tərifləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi 38 yaşlı hücumçunun  komandaya keçidinin uğurlu olduğunu söyləyib: "Zlatan "Milan"a gələndən sonra azarkeşlər çox xoşbəxt oldu.  İbrahimoviçin gəlişi ilə komanda daha yaxşı vəziyyətə gəldi. "Milan"ın onun kimi bir liderə ehtiyacı var. Sadəcə varlığı belə yaxşı əhval-ruhiyyə yaratdı. Zlatanın vəziyyəti müzakirə olunmamalıdır. Onun 38 yaşı var, amma hələ də rəqiblərini qorxuda bilir. Ondan şəxsiyyət olaraq çox şey öyrənirəm. Mənə nə etdiyimi açıq şəkildə deyir, hansı səhvlərə yol verdiyimi göstərir. İbrahimoviçin çoxlu türk dostu var. Türklərin istiqanlı olduğunu və onları çox sevdiyini dedi. Türkcə bir neçə söz deyərək, məni təəccübləndirdi. Hətta, türkcə mahnılar dinləyidini də söylədi. Mənimlə və ölkəmlə maraqlanmağı məni sevindirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.