İdman

"Futbolçular verdiyim tapşırığı doğrultdular" - Ayxan Abbasov

18 Yanvar 2020 20:22
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Politexnika" (İaşi) klubuna qarşı keçirdikləri yoxlama oyununu (1:1) şərh edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:
 
"Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.