İdman

Fergüson Həbibi belə döymək istəyir - VİDEO

9 Yanvar 2020 15:40
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı döyüşü Toni Fergüson özünün İnstaqram səhifəsində UFC çempionu Həbib Nurmaqamedovla keçirəcəyi döyüşün hazırlığından video paylaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, videonu bu sözlərlə paylaşıb: "Əylənirlər, bunu oyun hesab edirlər, gülürlər. Ancaq indi onları mənimlə bir qəfəsə bağlayacaqlar. Və bu dəfə üç raunddan daha çox. Yeddi dəfə ölçün, bir dəfə biçin. Həbibin dalınca gedirəm".

Qeyd edək ki, 35 yaşlı Fergüsonla 31 yaşlı Həbib arasında UFC 249 turnirindəki titul döyüşü aprelin 18-də Nyu-Yorkda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.