İdman

"AFFA bizə yardım etməyəcəyini dedi" - "Qəbələ"nin prezidenti

19 Dekabr 2019 17:19
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbələ" İdman Klubu və "Jalə" şirələri arasında sponsorluq müqaviləsi imzalanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Fariz Nəcəfov mətbuat konfransında əməkdaşlıqla bağlı fikirlərini bildirib və klubun gələcəyindən danışıb:

"Son dönəmdə klubun maliyyə durumu ilə bağlı KİV-də söz-söhbət gəzirdi. "Qəbələ"nin baş sponsoru "Gilan"dır. Büdcə ilə bağlı rəsmi bildiriş olmasa da, şifahi şəkildə bildirilmişdi ki, xeyli azalma olacaq. "Gilan"ın nəzdində olan, ancaq müstəqil marketinq fəaliyyəti aparan sponsorlarla görüşmüşdük. İndi isə "Jalə" ilə əməkdaşlıq edəcəyik. Əlavə şirkətlərlə də danışıqlar gedir. Komandamız fəaliyyətini davam etdirəcək.

Nəcəfov AFFA-nın "Qəbələ"yə kömək edə bilmədiyini sözlərinə əlavə edib:

"AFFA bəzi klublara tam, bəzilərinə müəyyən mənada himayədarlıq edir. Qurumun baş katibi Elxan Məmmədovla müzakirə etmişdik. Müraciətimizin əsas məqsədi büdcə ilə bağlı idi. Federasiya bizə heç bir yardım göstərə bilməyəcəyini söylədi. İcraiyyə Komitəsində məsələnin necə müzakirə olunduğunu bilmirik. Sadəcə, bizə bildirdilər ki, yardım edə bilmirik. Sponsor axtarışlarımız bəhrə verdi. "Qəbələ"nin dağılması Azərbaycan futboluna zərbə ola bilərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.