İdman

Mandzukiç Qətər klubunda?

14 Dekabr 2019 18:14
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Mario Mandzukiç karyerasını Qətərdə davam etdirə bilər.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 33  yaşlı hücumçu komandadan ayrılmaq qərarına gəlib. Buna səbəb futbolçuya şans verilməməsidir. Baş məşqçi Maurisio Sarri mövsümün əvvəlində UEFA-ya təqdim edilən iştirak ərizəsində də xorvatiyalı oyunçuya yer verməyib. Onunla Qətərin "Əl Rəyyan", "Əl Qafara", "Əl Duhail klublarının maraqlandığı bildirilir.

Qeyd edək ki, M.Mandzukiç 2015-ci ildən Turin klubunun formasını geyinir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.