İdman

Hakimlərdən boykot qərarı

14 Dekabr 2019 08:48
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Yunanıstan çempionatının XVIII turu təxirə salına bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb hakimlərin turu boykot etməyə qərar verməsidir.

Super Liqa matçlarını idarə edən ədalət təmsilçiləri qarşıdakı turun görüşlərinə çıxmaqdan imtinanı zəruri sayıblar. Son vaxtlar şiddət dolu təhqir, tənqid və hədə-qorxularla üzləşən referilər qorunmadıqları üçün belə addım atıblar.

Hələlik Yunanıstan Futbol Federasiyası və Super Liqa rəhbərliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 2020-ci il yanvarın 13-də keçirilməli olan turun mərkəzi oyununda PAOK və AEK üz-üzə gəlməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.