İdman

Rüfət Dadaşov növbəti qolunu vurdu

14 Dekabr 2019 08:18
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya 3-cü Bundesliqasında 19-cu tura start verilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Maqdeburq"la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu  16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.