İdman

“Seni Cup” Azərbaycan çempionatının açılış mərasimi keçirilib

13 Dekabr 2019 21:20
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 13-də Bakı İdman Sarayında Azərbaycanlı paralimpiyaçılar arasında boccia idman növü üzrə "Seni Cup" Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, yarışın açılış mərasimi boccia idmançılarının paradı ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və "Seni" şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç turnir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.

MPK prezidenti İlqar Rəhimov qeyd edib ki, bu yarışda iştirak etmək özü artıq qələbədir.

"Bizim idmançılarımız fiziki məhdudiyyətlərinə, həyatın çətinliklərinə baxmayaraq mübarizə aparırlar və cəmiyyətin tam hüquqlu üzvlərinə çevrilirlər. Milli Paralimpiya Komitəsi də bu sahədə onlara dəstək göstərir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində komitə tərəfindən bu günə qədər bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də noyabr ayının 13-də keçirilən "Yenilməzlər" tədbiri idi. O tədbir də həyatın çətinliklərinə baxmayaraq uğur qazanan insanların həyatı bədii çalarlarla səhnələşdirilmişdi. Həmin tədbir də Ruhun Zəfəri şüarı altında keçirilirdi" - deyə o əlavə edib.

Daha sonra Azərbaycan Boccia İdmanı Federasiyasının vitse-prezidenti Vuqar Əsgərov bildirib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına dövlətimiz tərəfindən lazımi tədbirlər görülməkdədir və gənc nəsilin sağlam formalaşması peşəkar idmançılarımızın yüksək idman nəticələri qazanmaları üçün lazımi şərait yaradılmaqdadır. Boccia idman növünün yaradılmasının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım əliyevanın adı ilə bağlı olduğunu vurğulayan federasiya rəsmisi deyib ki, məhz Leyla xanımın göstərdiyi diqqət və qayğı nəticəsində 2018-ci ildıə Azərbaycan Boccia İdman Federasiyası yaradılıb. V.Əsgərov çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxışlardan sonra Azərbaycan dövlət himni səsləndirilib. Himinin ardınca "Qayğı sağlam nəsil naminə" ictimai birliyinin nəzdində olan daun sindiromlu şəxslərin reabiltasiya mərkəzinin "Günəş uşaqlar" rəqs qrupunun ifasında "Xalqlar dostluğu" tamaşası nümayiş olunub.

Paralimpiyaçı Vüsalə Kərimova və onun tərəf müqabili Fərid Mehdiyevin əlil arabasınnda rəqs performansı tamaşaçıların böyük marağına səbəb olub.

Rəsmi hissədən sonra final mərhələsinin yarışlarına start verilib. Çempionatın final mərhələsində 60-dən çox fiziki məhdudiyyətli idmançı mübarizə aparır. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq.

Xatırladaq ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına 5 il əvvəl başlanıb. 2018-ci ildə isə bu idman növü üzrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli federasiya yaradılıb. Ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.