İdman

"Messi dövrünün ən yaxşısıdı" - Ronaldinyo

13 Dekabr 2019 16:14
0 Şərh     Baxış: 3 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Lionel Messinin 6-cı dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

Milli.Az marc.az-a istinadən xəbər verir ki, "sambaçı" Messinin buna layiq olduğunu söyləyib.

Ancaq o, argentinalının futbol tarixinin ən yaxşısı adlandırılması ilə razı deyil: "Mən Leoya görə xoşbəxtəm. Çünki o, mənim dostum və "Barselona"nın simasıdı. Ancaq onun digər böyük oyunçularla daim müqayisə edilməsini xoşlamıram. Maradona, Pele, Ronaldo var. Daim tarixin ən yaxşı oyunçusunu axtarmayın.  Leonun tarixin ən yaxşısı olduğunu söyləyə bilmərəm, ancaq dəqiq öz dövrünün ən yaxşı oyunçusudu".

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top"u qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.