İdman

AFFA-nın sabahkı iclası qapalı olacaq

12 Dekabr 2019 21:23
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, sabah - dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, "Qəbələ" Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb. Bildirilib ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında yerləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.