İdman

Buffon Van der Sarı geridə qoydu

12 Dekabr 2019 21:21
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bayer" üzərinə 2:0 hesablı qələbə "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci "quru oyun"unu keçirib. O, bu göstəricidə "Mançester Yunayted"in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Niderlandlı futbolçu ÇL-də 50 "quru oyun" keçirib.

Buffon ən çox "quru oyun" sayında yalnız İker Kasilyasdan geri qalır. İspaniya qolkiper  ÇL-də 57 oyunda qapısını toxunulmaz saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.