İdman

UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verdi

12 Dekabr 2019 20:39
0 Şərh     Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli komandasının futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Fransa millisi ilə matçda vurulan qoldan sonra əsgər salamı verməsi ilə bağlı araşdırma başa çatıb. 

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, UEFA bu hərəkətə görə hansısa cəzanın verilməsini məqsədəuyğun saymayıb. 

Müzakirələr zamanı əsgər salamının qaydalara zidd olmadığı üzə çıxıb. Bu səbəbdən də "ay-ulduzlular"a ehtimal olunan cəzaya ehtiyac qalmayıb. Bildirilib ki, bu, emosiyalardan irəli gələn bir jestdir. 

Amma UEFA Türkiyə Futbol Federasiyasını başqa səbəbdən cərimələyib. Türkiyəli azarkeşlərin tribunda qaydalardan kənar davranışı 50 min avro bahasına başa gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.