İdman

"30-35 dəqiqə dözə bildik" - Fatih Terim

12 Dekabr 2019 14:49
1 Şərh     Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında PSJ-yə məğlub olan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Terim, 0:5 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

"Bizim üçün pis vida oldu. Bəzən belə vidalardan yaxşı hekayələr çıxır. Rəqib bizdən yaxşıdır, bunu qəbul etməliyik. İtkilərimiz çox idi, sadəcə 30-35 dəqiqə dözə bildik. Həmin dəqiqələrə qədər təhlükəli epizodlarımız da oldu, ancaq bu, nəyisə dəyişmədi. Biz həyatımızın ən pis oyununu sərgiləyirik. Bunu da dürüstcə demək lazımdır.

Aylar əvvəl mənə "yaxşı adlar gətirmisiz" deyəndə, "cisimləri də yaxşı olsun" deyə, cavab vermişdik. Qarşıda 4 oyunumuz var və sonra fasilədir. Bəzi şeyləri dəyişməliyik. Bu olmasa, bu gün də, sabah da "Qalatasaray" üçün çətin olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.