İdman

Yalnız “Böyük beşlik” – 1/8 finalda kiçiklərə yer yoxdur!

12 Dekabr 2019 07:15
0 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 finalında yalnız 5 ölkəni təmsil edən komandalar mübarizə aparacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qrup mərhələsi başa çatmasa da, "Böyük beşlik"dən başqa kimsənin mübarizəni davam etdirməyəcəyi dəqiqləşib.

C qrupunda Ukrayna "Şaxtyor"u və Xorvatiya "Dinamo"su buna yaxın olsa da, "Atalanta" onları nəhənglərin yolundan kənarlaşdırıb. Nəticədə gələn il davam etdiriləcək turnirdə yalnız "Böyük beşlik" komandaları qalıb.

Düzdür, 16-cı vəsiqənin "Atletiko", yoxsa "Bayer"ə qismət olacağı dəqiqləşməyib. Lakin hər iki komanda "Böyük beşlik" təmsilçisi olduğundan bu heç nəyi dəyişməyəcək.

İngiltərənin 4 komandasının hamısı - "Liverpul", "Mançester Siti", "Çelsi",
"Tottenhem" 1/8 finala yüksəlib. Üç komandası tur adlayan İspaniya və Almaniyadan biri də futbolun yaradıcılarına qoşulacaq. İspaniyadan
"Barselona", "Valensiya" və  "Real" artıq qrupdan çıxıb. Almaniyada isə  bunlar "Bavariya", "Leypsiq" və "Borussiya" D komandalarıdır. İtaliya da 3 klubla 1/8 finala gedir. Bunlar "Yuventus", "Atalanta" və "Napoli"dir. PSJ və "Lion"a ümid edəcək Fransanın iki təmsilçisi qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.