İdman

Məşhur şahmatçı da deputatlığa namizəd olacaq

11 Dekabr 2019 18:54
2 Şərh     Baxış: 2 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya beynəlxalq qrossmeysterin özü məlumat verib.
36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.