İdman

“Azarkeşlərimizi də başa düşürəm” - Qurban Qurbanov

11 Dekabr 2019 16:27
0 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində "Düdelanj"la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:

- Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik.

- Azarkeş sayı az olacaq. Komandanı bu oyuna motivasiya etmək çətin olmayacaq?

- Azarkeşlər az olacaq, bəli. Motivasiya etmək çətin olur. Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də. "Düdelanj" tanıdığımız rəqibdir, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq.

- Azarkeş azlığı komandanıza nə dərəcədə təsir edəcək?

- Bilirik ki, bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik. Nəticə fərqli olsaydı, bəlkə başqa cür olardı.

- Bu mövsüm ilk dəfədir ki, komanda bir oyuna tam heyətlə hazırdır. Bu durumu görəndə sizi acı gülmək tuturmu?

- Xeyr, deməzdim. Hər zaman istəmişəm ki, bütün oyunlarda tam heyət olsun. Xayme Romero komandayla məşqlər edir, ancaq əvvəlki oyunları buraxmışdı. Bu oyunda da əsas heyətdə olmaq şansı azdır. Yenə də, komandanın heyəti tam olsa da, istədiyim vəziyyətdə deyil. Ancaq əvvəlki oyunlara baxanda, oyunçularımızın durumu yaxşılığa doğru gedir. Bu da bizim üçün önəmlidir.

- Səfərdə bu rəqibi məğlub etmisiz. Bu, sizin üçün üstünlükdürmü?

- Əsas üstünlüyümüz evimizdə oynamağımızdır. Rəqib də bu ilk oyunda məğlub olduğu üçün bu matçda daha yaxşı çıxış etmək istəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.