İdman

“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza verildi

11 Dekabr 2019 16:49
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

"Sumqayıt" - "Qəbələ" matçının 65-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Oyunun 86-cı dəqiqəsində "Qəbələ"nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.