İdman

“Messi və Ronaldu üçün ayrıca “Qızıl top” təşkil edə bilərlər" - Ramos

10 Dekabr 2019 19:39
3 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın kapitanı Serxio Ramos "Qızıl top" mükafatı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mükafatın həmişə Lionel Messi və Kriştiano Ronaldoya verilməsinin tərəfdarı olmadığını deyib.

"Ronaldo və Messini göstərdikləri nəticələrdən asılı olmayaraq təltif etmək üçün ayrıca "Qızıl top" təşkil edə bilərlər. Digərlərinə isə başqa bir "Qızıl top" verin. Bu, futbol üçün daha yaxşı olardı" - deyə Ramos gülərək bildirib.

Qeyd edək ki, sözügedən mükafata  L.Messi bu il 6-cı dəfə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.