İdman

Messi 8 ildən sonra heyətdən kənarda qaldı

10 Dekabr 2019 18:34
0 Şərh     Baxış: 2 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qarşılaşacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib.

Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb. Leo son 8 ildə ilk dəfə Çempionlar Liqasında bir görüşün heyətinə daxil edilməyib. Argentinalı futbolçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.

Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı saat 00:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.