İdman

Rüfət Dadaşov qol vurdu

10 Dekabr 2019 07:25
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya 3-cü Bundesliqasında 18-ci turun oyunları keçirilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə "Meppen"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Rüfət 57-ci dəqiqədə meydana çıxıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.