İdman

"Çamadanlarımı artıq yığmışam" - Ançelotti

10 Dekabr 2019 08:28
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, istənilən qərara hazır olduğunu deyib: "Məni hal-hazırda ancaq Çempionlar Liqasında "Genk"lə oyun maraqlandırır. Biz hər gün prezidentlə görüşürük, yaranmış vəziyyəti müzakirə edirik. "Udineze" ilə matçdan sonra da söhbətimiz oldu, amma istefa ilə bağlı deyildi. Bu, məni az narahat edir, çünki  çamadanlarımı artıq yığmışam. Verilən heç bir qərar mənim üçün gözlənilməz olmayacaq".

Qeyd edək ki, "Napoli" "Genk"lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə, Ançelottinin komandadan göndəriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.