İdman

Azərbaycanlı futbolçu “Spartak”dan ayrılır

9 Dekabr 2019 20:24
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Spartak" klubunda çıxış edən Ayaz Quliyev komandasını tərk edə bilər.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Moskva klubu qış fasiləsində iki futbolçusu - Ayaz Quliyev və gürcüstanlı Cano Ananidze ilə yollarını ayırmağı düşünür.

Yanvardan etibarən "Spartak"ın şərəfini qoruyan 23 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bir neçə gün əvvəl Rusiyanın digər klubu "Dinamo"da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də komandasını tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.