İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilib.
Milli.Az xəbər verir ki, turun son matçında "Milan" səfərdə "Bolonya"nın qonağı olub. Qarşılaşma "rossoneri"lərin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 20-yə yüksəldən "Milan" 10-cu pillədədir. "Bolonya" isə 16 xalla 12-cidir.
"Bolonya" - "Milan" 2:3
Qollar: Teo Hernandes, 40 (avtoqol), Nikola Sansone, 84 - Kristof Pyontek, 15 (pen), Teo Hernandes, 32, Cakomo Bonaventura, 46
Milli.Az