İdman

Avropa birinciliyində ilk yarış günündə atletlərimiz qüvvəsini sınayıb - FOTO

8 Dekabr 2019 09:24
0 Şərh     Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Arxada qalan ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb.

Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlarda Aişə Əliyeva çıxıb. O, 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.

Daha sonra bu yaş qrupunda Selcan Qarayeva yarışıb. O, 45 kq çəki dərəcəsində 121 kq (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdə Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində toplam 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.