İdman

"Barselona"nın bu mövsüm məqsədi 6 kubokun hamısını qazanmaqdır" - Bartomeu

7 Dekabr 2019 19:11
1 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın prezidenti Xosep Bartomeu cari mövsümdə komandanın  hədəfləridən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əsas  məqsədin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib: "Biz həmişə çempionluq qazanmağı qarşımıza məqsəd olaraq qoymuşuq. Çempionlar Liqası "Barselona" üçün ən vacib turnirdir. Ona görə də çox ciddi yanaşırıq. Bizim vəzifəmiz 10 il əvvəl bacardığımız kimi, bir mövsümdə  bütün kubokları əldə etməkdir".

Qeyd edək ki, Kataloniya klubu 2009-cu ildə Pep Qvardiolanın rəhbərliyi ilə iştirak etdiyi 6 turnirin hamısında qalib gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.