İdman

"Real"dan ardıcıl 4-cü qələbə

7 Dekabr 2019 19:07
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" La Liqada növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu 16-cı turda "Espanyol"la qarşılaşıb. Matç Zinəddin Zidanın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "kral klubu" ölkə çempionatında ardıcıl 4-cü qələbəsini qazanıb.

"Real" - "Espanyol" - 2:0
Qollar:
 Varan, 37, Benzema, 79

Bu qələbə ilə xalını 34-ə çatdıran (15 oyun) "Real" turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Barselona" 31 xalla (14 oyun) 2-ci, "Sevilya" 30 xalla (15 oyun) 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.