İdman

Azərbaycan Gimnastika Federasiyası bütün idman tədbirlərini mükəmməl təşkil edir

7 Dekabr 2019 16:57
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları bütün iştirakçılara çoxlu əlvan və müsbət emosiya bağışladı.

Milli.Az bildirir ki, bunu Trend-ə estafet yarışları bitdikdən sonra yarışın iştirakçısı, bədii gimnastika üzrə milli yığmanın üzvü Nərminə Səmədova və onun nənəsi Əzizə Səmədova deyib.

Ə.Səmədova yarışlara qatılmağından danışıb: "Nəvəm valideynlərini estafetdə iştiraka dəvət etdi. Mən də bu barədə biləndə iştirakçıların sırasına daxil edilməmi istədim. Estafet əlamətdar bir hadisədir, yarışma çox xoşuma gəldi, özümü yenidən gənc hiss etdim. Ümid edirəm ki, estafet yarışlarının keçirilməsi yaxşı bir ənənəyə çevriləcək. Yalnız yaxşı təəssüratlar var, düşünürəm ki, gələcəkdə belə estafet yarışları keçirilsə, mən həmişə iştirakçılar arasında olacağam. Bu gün komandamın qələbəsinə ümid edirdim. Əvvəlcə ikinci yeri tutduq, amma yarışın sonunda dördüncü yerdə qərarlaşdıq. Ancaq necə deyərlər - əsas qələbə yox, yarışmaqdır!"

Bakıda Milli Gimnastika Arenasında keçirilən beynəlxalq və yerli gimnastika turnirlərində tez-tez tamaşaçı kimi iştirak edən Ə.Səmədova burada yarışların hər zaman mükəmməl təşkil olunduğunu qeyd etdi:

"Azərbaycan Gimnastika Federasiyası bütün idman tədbirlərini mükəmməl təşkil edir, onların təşkilatçılığı həmişə ən yüksək səviyyədə olur".

N.Səmədova da estafetin onda çox xoş hislər yaratdığını vurğulayıb:

"Bugünkü yarışlardan təəssüratlarım çox müsbətdir, yarış əyləncəli idi, hamı sevinirdi. İstəyirəm ki, estafet hər il keçirilsin".

Qeyd edək ki, Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilib. Estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edib.

Estafetə 9 komandadan, "Şahdağ", "Odlar yurdu", "Koroğlu", "Xəzər", "Gülüstan", "Qarabağ", "Qobustan", "Göygöl" və Babək komandaları qatılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.