İdman

"Pis oynasaydıq, "Atletiko"ya qalib gəlməzdik" - Valverde

7 Dekabr 2019 10:39
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasındakı vəziyyət haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis onlar üçün mövsümün həlledici hissəsinin olduğunu deyib: "Pis oynasaydıq, Vanda Metropolitanoda "Atletiko"ya qalib gəlməzdik. Bəli, bəzən çox yaxşı oynamadan qalib gəlirsən. Amma bir qayda olaraq La Liqanı qazanan komanda ən yaxşı çıxış edəndir. Mövsümün həll edici hissəsidir. Komanda güclüdür və bunun dəyişməsini istəmirik. Çox tənqiddən sonra iki səfər matçında qalib gəldik. Biz çempionatın lideriyik. Komanda həmişə yaxşı oynamağa çalışır. Bu hərdən alınır, hərdən də yox. Fikrimiz hər zaman ən yaxşı oyunumuzu göstərməkdir".

Qeyd edək ki, "Barselona" La Liqadakı növbəti görüşünü bu gün evdə "Malyorka"ya qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.