İdman

Ronaldu ən yaxşı seçildi

3 Dekabr 2019 12:10
8 Şərh     Baxış: 3 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.

Ronaldu ötən mövsümün 31 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib. 

"Yuventus"un hücumçusu dünən keçirilmiş "Qızıl top"un təqdimatı mərasimində də iştirak etməyib. Portuqaliyalı hücumçu mərasimdə üçüncü yeri tutub.

İtaliya mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın baş məşqçisi "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.