İdman

"Qarabağ"ın futbolçusuna daha bir təklif

2 Dekabr 2019 18:27
0 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Simeon Slavçevə daha bir klub "elçi düşüb".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Polşanın Lech klubu 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. "Lex"n Slavçev üçün qış fasiləsində "Qarabağ"la danışıqlara başlayacağı bildirilir.

2018-ci ilin iyulundan "Qarabağ"da çıxış edən Slavçevlə Bolqarıstan "Levski" klubu da yaxından maraqlanır. Bu mövsüm az şans tapan Slavçevin qış fasiləsində "Qarabağ"la yollarını ayıracağı gözlənilir.

Bolqarıstan millisinə də dəvət alan yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.