İdman

Ugandalı idmançı yeni dünya rekordu vurub

1 Dekabr 2019 19:54
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uqanda idmançısı Coşua Çepteqei 10 km məsafə yarışında dünya rekordu vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İspaniyanın Valensiya şəhərində "World Athletics Silver Label"in yarışı zamanı Çepteqei 26 dəqiqə 38 saniyə nəticə göstərib. 23 yaşlı idmançı Keniyalı Leonard Komonun 26 sentyabr 2010 tarixindəki rekordu (26.44) üstələyib.

Coşua Çepteqei 10.000 metr məsafəyə qaçışda hazırkı dünya çempionudur, eyni zamanda Londonda keçirilən 2017 Dünya Kubokunun gümüş medalına və Birlik Oyunlarının iki qızıl medalına sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.