İdman

FIFA prezidenti Afrikada stadionların tikintisinə vəsait toplanacağını elan edib

1 Dekabr 2019 07:00
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino hər bir Afrika ölkəsində FIFA standartlarına cavab verən azı bir stadionun tikintisi üçün 1 milyard dollar toplamaq niyyətini açıqlayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, C.İnfantino Konqo Demokratik Respublikasının Lubumbaşi şəhərində Konqonun "TP Mazembe" futbol klubunun 80 illiyinin qeyd edilməsi münasibətilə bayram tədbirində çıxış edib.

O deyib: "Biz qarşıya Afrikanı ən yüksək səviyyəyə çatdırmaq və qitənin malik olduğu böyük futbolçuları dünyaya göstərmək məqsədi qoymuşuq. Biz buna infrastruktur yaratmaq, futbol arbitrləri yetişdirmək və böyük yarışlar keçirmək hesabına nail olmaq niyyətindəyik".

FIFA prezidenti işarə edib ki, Afrika Liqasının yaradılması imkanları nəzərdən keçirilir. Liqada Afrikanın ən yaxşı klubları yarışacaq. İnfantino infrastruktur məsələlərinin həlli üçün Afrika ölkələrində müasir stadionların tikintisi üçün şəxsi kapitalı səfərbər etmək niyyətini elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.