İdman

Eto’o Harvardda təhsil alacaq

28 Noyabr 2019 15:05
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto'o özünə yeni iş qurmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bukmeker kontoru yaradan sabiq hücumçu idarəçilik dərsləri almaq üçün Harvard Universitetinə üz tutub.

38 yaşı olan Eto'onun ölkəsində fəaliyyət göstərəcəyi bukmeker şirkəti "Beto'o" adlanır. O, bu sahədə daha uğurlu olmaq üçün isə 1 il Bostonda dünyanın ən məşhur universitetlərindən birində təhsil alacaq.

Xatırladaq ki, Eto'o karyerası ərzində "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Antalyaspor" və "Konyaspor" klublarında forma geyinib. O, Kamerun yığmasında da 118 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.