İdman

UEFA APOEL-in oyununun hakimini dəyişdi - "Qarabağ"a görə

26 Noyabr 2019 14:24
0 Şərh     Baxış: 2 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Düdelanj" - APOEL oyununun hakimlərini dəyişdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşü İtaliya Futbol Federasiyasından Canluka Rokki idarə edəcək. Ona həmyerliləri Giorgio Peretti və Giorgio Shenone köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Paolo Valeri yerinə yetirəcək.

Qeyd edək ki, bundan əvvəl sözügedən görüşdə Türkiyə Futbol Federasiyasından Halis Özkahya baş hakim təyin olunmuşdu. Lakin APOEL rəhbərliyi dərhal bu qərara rəsmi etiraz etmişdi. Onlar türkiyəli bir hakimin Avropa arenasında ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildiriblər.

Kipr klubunun tələbində Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər də qabardılıb. Bu təyinatın əsas rəqibləri olan "Qarabağ"ın lehinə ola biləcəyi vurğulanıb.

Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və türkiyəlilərin əvəzinə təyinat italyanlara həvələ olunub.

Qeyd edək ki, "Düdelanj" - APOEL  görüşü noyabrın 28-i keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.