"İnter" ciddi itkiylə üzləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "neradzurri"nin futbolçusu Nikolo Barella sıradan çıxıb.
A Seriyasının 13-cü turunun "Torino" ilə matçında (3:0) zədələnən 22 yaşlı yarımmüdafiəçi, ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Barella bu mövsüm A Seriyasında 13 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Milli.Az