İdman

Superliqa klubunda ilk qadın prezident

22 Noyabr 2019 21:16
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqa təmsilçisi "Kayserispor"da prezident dəyişikliyi olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

O, ilk qadın prezident kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.