İdman

Ronaldo 99 faiz oynamayacaq

22 Noyabr 2019 20:58
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 13-cü turunda "Atalanta" ilə görüşü böyük ehtimalla buraxacaq.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin klubunun baş məşqçisi Maurisio Sarri oyun öncəsi təşkil edilən mətbuat konfransında bildirib: "Çərşənbə axşamı bizə özünü yaxşı hiss etmədiyini söylədi. Milli ilə ilk matçında yaxşı olduğunu, ancaq ikinci görüşdə ağrılar hiss etdiyini dedi. Buna görə 99 faiz "Atalanta" ilə matçda oynamayacaq.  "Atletiko" ilə görüşə kimi ona bərpa olmağa imkan verməliyik".

Qeyd edək ki, "Atalanta" - "Yuventus" oyunu sabah keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.