İdman

Milli Paralimpiya Komitəsinin loqosu dəyişdi

22 Noyabr 2019 18:24
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yeni loqosu ictimaiyyətə təqdim edilib.

Milli.Az bildirir ki, Komitənin prezidenti İlqar Rəhimov bu gün keçirilən tədbirdə yeni loqo haqqında məlumat verib. O qeyd edib ki, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatı üçün hazırlanan loqotip bundan sonra komitənin loqotipi olacaq.

Komitə prezidenti loqotipin məna çalarlarından da söz açıb.

"Loqotip ilkin baxışdan sadə görünür. Lakin sadə olduğu qədər mürəkkəb və böyük mənaları özündə danışayan bu loqotip paralimpiyanın ruhunu əks etdirir", - deyə o əlavə edib.

Komitə prezidentinin sözlərinə görə, loqotipin mərkəzindən yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu özündə əks etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanmışdır. Aşağı hissəsində isə Beynəlxalq Paralimpiya Komitəsinin "Hərəkətdə olan ruh" simvoludur.

Loqotipin ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçı uğurlu gələcək simvoludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.