İdman

AVRO-2020: Pley-offun püşkü atıldı

22 Noyabr 2019 15:32
0 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Milli.Az Apasport-a istinadən bildirir ki, öncə 4 yığmanın pley-offda yolu və rəqibi bilinib.

İsrail C yoluna düşüb. Bu milli Şotlandiya ilə görüşəcək. Digər üç komanda - Macarıstan, Rumıniya və Bolqarıstan A yolunda mübarizə aparacaq. Bu yolda cütlərin tərkibi də dəqiqləşib.

Ardınca hansı cütlərin finalda ev sahibi olacağı müəyyənləşib. Pley-offun yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək.

D yolu
Yarımfinal
1. Gürcüstan - Belarus
2. Şimali Makedoniya - Kosovo
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

C yolu
Yarımfinal
1. Şotlandiya - İsrail 
2. Norveç - Serbiya
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi

B yolu
Yarımfinal
1. Bosniya və Herseqovina - Şimali İrlandiya
2. Slovakiya - İrlandiya
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

A yolu
Yarımmfinal 
1. İslandiya - Rumıniya
2. Bolqarıstan - Macarıstan
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi

Qeyd edək ki, oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan digər 19 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya, Portuqaliya, İsveçrə, Danimarka və Uels seçmə oyunlarından birbaşa vəsiqə qazanıb. Final mərhələsinin son 4 iştirakçısı pley-offda bilinəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.