İdman

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22 Noyabr 2019 17:24
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Eden Hazard karyerası və şəxsi həyatı haqda açıqlamalar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fransanın "L'Equipe" nəşrinə müsahibə verən 28 yaşlı hücumçu 2012-ci ildə PSJ-nin onu transfer etmək istədiyini söyləyib:

"Onlar məni dəfələrlə transfer etmək istədilər, ancaq qəbul etmədim. Mən heç vaxt PSJ-də oynamayacağam. Fransa Liqasında "Lill"dən başqa heç bir klubda çıxış etmək fikrim yoxdur. Həmişə PSJ-nin təkliflərini rədd etmişəm. Hər şeyi dəqiq götür-qoy edirəm. Əgər mən Fransa çempionatına qayıtsam, yalnız "Lill"də çıxış edəcəyəm".

O,  çəkisinin artması ilə bağlı olan suala belə cavab verib: "İstirahət etdiyimi gizlətmirəm. Mən asanlıqla çəkisini artıra və yaxud azalda bilən insanlardanam. 18 yaşda "Lill"də oynadığım vaxtda çəkim 72 kq idi. Bu yay çəkim 80 kilo olmuşdu, ancaq mən 10 günə çəkimi azalda bildim".

"Real"da geyindiyi "7" nömrəli formanın əvvəllər Kriştiano Ronaldoya məxsus olmasına isə Hazard belə münasibət bildirib: "7" nömrəli forma məndən öncə Mariano Diaz geyinirdi. Formanın nömrəsinə görə mübahisə etmək mənə uyğun bir şey deyil. Modriçin "10" nömrəli formanı geyindiyini bilirdim. "Çelsi"də əvvəllər "17" nömrəli formanı geyinirdim. "Real"da isə bu nömərnin Luka Yoviçə ayrıldığını bilirdim. Sonda klub tərəfindən belə bir qərar verildi".

Qeyd edək ki, bu yay "Çelsi"dən "Real"a keçən Belçika millisinin üzvü "kral klubu"nun heyətində ümumilikdə, 11 oyuna 1 qol vurub, 4 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.