İdman

Poçettinodan vida mesajı - FOTO

22 Noyabr 2019 15:49
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"dən istefaya göndərilən Maurisio Poçettino komanda ilə vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis paltardəyişmə otağında taktiki gedişlərin qeyd edildiyi lövhəyə təşəkkür mesajı yazıb: "Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə qəlbimizdə qalacaqsınız".

Qeyd edək ki, 2014-cü ildən London klubunu çalışdıran 47 yaşlı məşqçi bu mövsüm Premyer Liqada uğursuz çıxışa görə vəzifəsindən göndərilib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.