İdman

Maradonanın istefası qəbul olunmadı

22 Noyabr 2019 16:49
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentinanın "Ximnasiya" klubundakı işini davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,baş məşqçinin istefası qəbul edilməyib.

Maradona klub prezidenti Qabriel Pelleqrinonun vəsifəsindən getmək istədiyi üçün istefa verdiyini bildirmişdi. Klub rəhbəri isə Maradonanın bu addımına görə  "Ximnasiya"dan ayrılmamaq qərarına gəlib.

Qeyd edək ki, Maradona  sentyabrdan çalışdırdığı "Ximnasiya"nı 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub  ayrılıb. Komanda hazırda ölkə çempionatında 13 turdan sonra 10 xalla 22-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.