İdman

Podolskidən sürpriz transfer qərarı

21 Noyabr 2019 20:45
0 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın "Vissel Kobe" klubundan ayrıldıqdan sonra Polşaya yollanacaq.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Polşa əsilli forvard 2020-ci ilin yanvarın 31-də başa çatacaq müqaviləsini uzatmayacaq və Yaponiya klubundan ayrılacaq. 34 yaşlı futbolçu doğulduğu Qlvitse şəhərini təmsil edən "Qurnik Zabje" klubu ilə müqavilə bağlayacaq. 

Xəbərdə bildirilir ki, Podolskinin doğma şəhərində dondurma və kabab məkanları açacaq.

Podolski Almaniyadan təkliflər alsa da, karyerasını Polşada bitirmək fikrində olduğu bildirilir.

"Köln"ün yetirməsi "Bayern", "Arsenal", "İnter", "Qalatasaray" kimi klublarda çıxış edib. Podolski 2017-ci ildən "Vissel Kobe"də oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.