İdman

"Fiorentina"nın futbolçusu döyüldü - 5 min avroya görə

21 Noyabr 2019 08:38
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fiorentina"nın futbolçusu Aleksa Terziç naməlum şəxslər tərəfindən döyülüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Serbiya U-21 yığmasının düşərgəsindən ayrıldıqdan sonra şəxsi avtomobili ilə ailəsini ziyarət etmək üçün Belqrad şəhərindən Nişə yola düşən 20 yaşlı müdafiəçi bir qrup şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ilk olaraq, gənc futbolçunu təqib edib, daha sonra ondan maşınını saxlamasını istəyiblər. Avtomobildən düşən futbolçudan 5 min avro pul istəyən xuliqanlar,  bu təklifi qəbul etmədiyinə görə Terziçi döyməyə başlayıblar.

Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən futbolçunun burnunda qırıq, bədənin müxtəlif yerlərindən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı Serbiya polisi araşdırma başladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.