İdman

Azərbaycanda oynamış futbolçu həbs olundu - 1 ton narkotik...

20 Noyabr 2019 16:40
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı"nın sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı "Koke" ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.