İdman

Azərbaycan Avropanın ən zəif 5 komandasından biridir

20 Noyabr 2019 10:42
8 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2020-nin seçmə mərhələsinə yekun vurulub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 8 oyuna 1 xal toplamağı bacardı.

Qələbəyə həsrət qalan Azərbaycan yığması seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan 5 millidən biridir.

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino və Cəbəllütariq isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları, Latviya kimi seçmə komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 18 top buraxıb.

Azərbaycan millisi sonuncu dəfə AÇ-1996-nın seçmə mərhələsində 1 xal toplamışdı. Yığma komanda 20-ci əsrdəki antirekordu təkrarlayıb.

Azərbaycan - 1 xal, 5:18

Litva - 1 xal, 5:25

Estoniya - 1 xal, 2:26

Cəbəllütariq - 0 xal, 3:31

San Marino - 0 xal, 1:51.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.