İdman

"Tottenhem" Poçettinonu istefaya göndərdi

20 Noyabr 2019 09:37
0 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin London şəhərinin "Tottenhem" futbol klubu baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Poçettino ilə birlikdə klubu bütün məşqçilər heyəti də tərk edir.

Xatırladaq ki, argentinalı mütəxəssis 2014-cü ildən London klubunun baş məşqçisi vəzifəsində çalışıb. Ötən mövsümdə klub onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb, lakin final matçında digər İngiltərə təmsilçisi "Liverpul"a məğlub olub.

Hazırda "Tottenhem" İngiltərə Premyer Liqasında 12 turdan sonra 14 xalla 14-cü yerdədir.

Qeyd edək ki, M.Poçettino məşqçilik karyerasında 2009-cu ildə İspaniyanın "Espanyol" klubunda başlayıb. Bundan əlavə, argentinalı mütəxəssis 2013-2014-cü illərdə "Saunthempton" klubuna da rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.